Yerevandan Qarabağ ermənilərinə göstəriş - Xankəndi və Şuşa tam boşaldılsın!

A- A A+

Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı azsaylı erməni əhaliyə müraciət edib.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirlik Şuşa və Xankəndindəki ermənilərdən ərazini tam boşaltmağı tələb edib.

Nazirliyin rəsmisi Artsrun Ovannisyan sakinlərə bu addımın təhlükəsizlik məqsədilə atıldığını deyib. Bölgədə olan jurnalistlər isə Azərbaycan Ordusunun ciddi irəliləyişi fonunda hərbi əməliyyatların bu şəhərlərə yaxınlaşdığını söyləyib.

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağda yaşayan 90 mindən artıq erməni mənşəli sakinin Ermənistan ərazisinə köçürüldüyünü açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: