Anna Akopyan Ermənistandan qaçmağı planlaşdırır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 25 oktyabrda İsveçrə bankındakı hesabına bir milyon dollar pul köçürüb. Ermənistanın düşdüyü iqtisadi böhran vəziyyətində orduya yardım adı ilə diləndikləri pulları şəxsi hesablarına köçürən Paşinyan ailəsinin batan gəmini tərk edən ilk siçovullar olduğu aydın görünür.

Qeyd edək ki, bir neçə gün öncə  Anna Akopyanın 13 qadınla təlim keçib cəbhəyə getmək niyyəti olduğunu elan etmişdi. Erməni media orqanları isə onun bu addımını özünü reklam kimi qiymətləndirmişdi. Bundan əlavə keçən günlərdə Nikol Paşinyan kişiləri "vətənin" müdafiəsi sıralarına qoşulmaq üçün hərbi komissarlıqlara getməyə, qadınları isə kişiləri ruhlandırmağa çağırmışdı. Ölkə əhalisini özlərinə aid olmayan torpaqlarda ölməyə “ruhlandıran” erməni hakimiyyəti, özləri üçün xaricdə  daha “xoş” bir gələcək planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: