Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinə səfərinin vaxtı sabaha dəyişdirilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.
Qeyd edək ki, Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü oktyabrın 29-na planlaşdırılırdı.