Ermənilər və onların qurduğu Ermənistan dövləti uşaq qatilidir!
Bunu Azərbaycan torpaqlarına iddialı olan ermənilər üç əsrdir ki, nümayiş etdirirlər. 19-cu əsrin sonlarından başlayaraq Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırımlarda çağalar, körpələr, uşaqlar erməni cəlladları tərəfindən soyuqqanlılıqla qətlə yetirilib. Sadəcə türk, azərbaycanlı olduqlarına görə. Tanrının yaratdığı ən məsum varlıqlar olan körpələri qətlə yetirmək, onlara əl qaldırmaq xəstə təfəkkürlü ermənilər üçün tarix boyu “şan-şöhrət” sayılıb. Belə olmasaydı, şərəfsiz erməni həkimi Zori Balayan Xocalıda 13 yaşlı türk cocuğunu necə amansızlıqla qətlə yetirməsinin təfərrüatını öz kitabında yazmazdı.
Uşaq qatili olmaq, məsum körpələrə qıymaq qorxaqlıq və şərəfsizlikdir. Necə ki 1990-cı ildən başlayaraq intensivləşən Qarabağ savaşlarında və Xocalı soyqırımında ermənilər qanlarına işləmiş bu xüsusiyyətlərini bir daha sərgilədilər. XX əsrin faciəsi adlanan bu soyqırımla bağlı məlumatda oxuyuruq: “Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil”. Analoqu olmayan bu vəhşiliyin imzası yenə də ermənilərə məxsusdur.
Uşaq, körpə qatili olmalarını növbəti dəfə ermənilər Vətən Müharibəsi sayılan İkinci Qarabağ savaşında bir daha sübut etdilər. Bu dəfə onlar savaş meydanından 120 kilometr aralıda yerləşən Gəncə şəhərində yaşayış evlərinə və Bərdədə dinc əhalinin toplaşdığı meydana atdıqları raketlə göstərdilər. Bir ay içərisində düşmənin 4 ilə işğal etdiyi əraziləri geri qaytaran Azərbaycan Ordusunun ölümcül zərbələri qarşısında tab gətirməyən düşmən bu şərəfsiz addımı atdı.
Bu dəfə isə statistika belədir: “Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla cəbhə bölgəsi və cəbhə bölgəsindən uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında 90 nəfər həlak olub ki, onlardan 11-i uşaqdır. Yaralanan 395 nəfərdən isə 48-i uşaqdır”.
İstər-istəməz bir sual doğur, ermənilər nədən uşaq qatilidir? Psixi xəstə olan bir fərdin bu cür problemləri tibbdə rast gəlinəndir. Amma bütöv bir dövlətin və toplumun xəstə təfəkkürünün arxasında nə dayanır? Ermənilərin tarix boyu özləri haqqında etirafları ilə tanış olandan sonra bunun səbəbi aydın olur.
Erməni şairi Yeqişe Tsarents yazır: “İkiüzlü olmaq bizdə hələ ana bətnində yaranır”.
Yazıçı Ovanes Tumanyan isə : “Gerçək xilasolma gərək insanın daxilindən başlaya, biz isə daxilən xəstəyik”.
Tarixçi Gevorq Aslan daha dərinə gedib: “Ermənilərdə dövlətçilik olmayıb. Onlar heç vaxt Vətən hissi və siyasi bağlarla birləşmirlər. Erməni vətənpərvərliyi ancaq yaşadığı yerlərlə bağlıdır”.
Daha bir tarixçi Kerope Patkanov etiraf edir: “Ermənilər bəşəriyyət tarixində heç bir xüsusi rol oynamayıb”.
Ədəbiyyatşünas Manuk Abeqyan isə öz həmvətənlərinə daha tutarlı sual verir: “... erməni xalqının kökləri hanı, onlar nə şəkildə, nə zamanda, necə və hansı yollarla bura gəliblər?... Biz bunun dəqiq və aydın dəllilərini tapa bilmirik”.
Nəticə aydındır, vətənsiz, kökü, dövlətçilik ənənəsi olmayan, ikiüzlülüyü ana bətnindən öyrənən bir millət üçün heç nə dəyərli ola bilməz. O da qala bəşəriyyətin gələcəyi olan məsum körpələr...
Ermənilər kimi cılız və qorxaq millətin hədəfi döyüş meydanından qaçıb qocalar və uşaqlara atəş açmaqla öz məğlubiyyətlərinin heyifini gücsüzlərdən almaqdır. Erməninin qorxaqlığı ilə bağlı xalq arasında məşhur bir ifadə var. Bu gün də yersiz hay-küy salan, şüvən qoparan insanlara xalq arasında istehza ilə: “Aha, yenə erməni qan gördü!”,- deyilir.
...Bu gün Azərbaycan əsgəri Qarabağ yaylasında, düzənlərində, dağlarında gedən döyüşdə qeyri-şəksiz diktə edən tərəfdir. Hədəf işğalda olan torpaqları əsl sahibinə qaytarmaq, min illik ənənəni yenidən bərpa etmək, Azərbaycan xalqına məxsus olanı-torpaqları geri qaytarmaqdır. Bu bir savaşdır, Azərbaycanla işğalçı Ermənistan arasında təkbətək döyüşdür. Bir zaman əldən verilən döyüşün revanşı-qisasının alınmasıdır. Bizim türk təfəkkürümüzə və Qafqazlı əxlaqımıza görə əsl kişilər təkbətək döyüşdə məğlub olsalar da, heç vaxt sızlamaz, kimdənsə kömək ummaz, yalvarmaz! Amma uşaq qatili olan Ermənistan bu gün mülki əhalini, qadınları, uşaqları raketlərin hədəfinə alır, dinc sakinləri qətlə yetirir, sonra isə dünya dövlətlərinə yalvarmaqla özünə havadar axtarır. Heç kəsin əl atmadığı, acınacaqlı hala düşən Ermənistan rəhbərliyi və ordusu indi Azərbaycanın qarşısında diz çökür. Yəqin ki, himayə umduğu dövlətlərin əlində “odnirazovıy” (birdəfəlik) istifadə üçün nəzərdə tutulan əşya olduğunu dərk edir.
Səməd Canbaxşiyev