“Şuşanın 5 kilometrliyinə çatıblar...” - Qondarma rejimin başçısı

921

Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Azərbaycan Ordusunun Şuşaya hücum etdiyini bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-inə istinadən bildirir ki, A. Arutyunyan deyib: "Onlar təkcə cəbhə boyu hədələmirlər, həm də Şuşa istiqamətində ciddi hərbi səylər göstərir, nəyin bahasına olursa - olsun bu şəhərə yiyələnmək istəyirlər".

Qarabağ separatçılarının başçısı bütün erməniləri birləşməyə və Şuşanı müdafiə etməyə çağırıb.

"Azərbaycan Ordusu buradan cəmi bir neçə kilometr məsafədədir. Maksimum beş", - deyə Araik Arutyunyan Şuşadan etdiyi müraciətində bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: