Özbəkistan portalları Bərdədə baş verənləri pisləyib - FOTOLAR

A- A A+

Özbəkistanın ”interpress.uz”, “daryo.uz”, ”fikr.uz” və “qalampir.uz” portalları Bərdənin kaset bombasına tutulması ilə bağlı özbək və rus dillərində məqalələr çap edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portallarda Bərdə şəhərinin ermənilər tərəfindən ikinci dəfə “Smerç” kasetli bombalardan atəşə tutulması mənfur qonşularımızın qorxaqlığı kimi dəyərləndirilib. Bildirilib ki, müharibədə uduzan Ermənistan qisasını dinc əhalidən alır. Bununla da erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozur.

Saytlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi önə çəkilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: