ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, nazirlərlə görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək.
Həmsədrlər arasında fikir mübadiləsi də qapalı keçirilib. Görüşlərin yekununda bəyanatın verilib-verilməyəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Cenevrədə görüş oktyabrın 29-na təyin olunsa da, daha sonra bir gün təxirə salınıb.