Maksim Şevçenko: "Azərbaycanlılar Qarabağı alacaqlar, necə ki, alırlar..."

A- A A+

Rusiyanın tanınmış jurnalisti, siyasi analitik Maksim Şevçenko növbəti dəfə erməni tərəfinə səslənib və Azərbaycanın işğaldakı torpaqlarını azad etməsi yönündə apardığı haqlı, ədalətli mübarizəsini dəstəkləyən fikirlə çıxış edib. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Şevçenko erməniləri onlara aid olmayan torpaqlarda ölməyin mənasız olduğunu qeyd etməsi ilə yanaşı, həm də qarşı tərəfin tarixi saxtalaşdırmaqla heç nəyə nail ola bilməyəcəyini deyib. Bir aydır ki, Azərbaycan ordusunun düşməni susdurduğunu bildirən rusiyalı jurnalist işğalçı Ermənistana sərt şəkildə səslənib.

"Qarabağ sizin atanızın torpağı deyil, ora azərbaycanlılarındır, çıxın oradan, yoxsa özləri alacaqlar, necə ki, alırlar",- deyə Maksim bildirib.

Qeyd edək ki, Maksim Şevçenko erməni hərbi-siyasi və ictimaiyyəti arasında Azərbaycanın açıq-aşkar haqlı mövqeyini dəstəklədiyinə görə arzuolunmaz şəxs adlandırılır və ermənilərin sosial şəbəkə seqmentlərində, həmçinin KİV-lərində ona qarşı təhdidlər, təhqirlər ünvanlanır. Lakin rusiyalı jurnalist bütün bunlara baxmayaraq, ədalətin yanında olduğunu bildirir və Azərbaycan dövlətinin apardığı haqq mübarizəsinə sona qədər dəstək göstərəcəyini vurğulayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: