İndiyə qədər İzmirin Bornova və Bayraklı rayonlarında altı binanın dağılması barədə məlumat daxil olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Qeyd edilib ki, ölkənin Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın Muğla bölgələrində də binalarda müxtəlif çatlar meydana gəlib.
Xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.