Ermənistan bir daha təsdiq etdi ki, Qarabağ müharibəsində erməni keşişləri iştirak edirlər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyan bu gün açıqlamasında bildirib ki, döyüşlərdə iki keşiş Qazaryan və Nərsisyan aktiv şəkildə iştirak edib:
"Dünən gecə döyüşlər baş verib. Keşişlərimiz Qazaryan və Nərsisyan dünən gecə əsgərlərimiz üçün tanrıya dua edib və döyüşlərdə iştirak edib".
O, döyüşlərdə iştirak edən keşişlərin fotolarını da yayıb.
Bundan əvvəl də qeyd etdiyimiz kimi, bütün dinlərin əsasında sülh dayanır və adətən, din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni keşişləri isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə bütün ermənilərin katolikosu II Qaregin erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırıb.