Ermənistan ordusunda baş alıb gedən hərc-mərclik, kütləvi fərarilik, habelə hərbi qulluqçular çatışmazlığı üzündən hökumət son ümidini dustaqlara bağlayaraq həbsxanalardan cəbhə xəttinə göndərir.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian məsələyə dair bildirib:
“28 oktyabr tarixinə olan məlumata görə 12 nəfər məhkum barəsində həbs qəti imkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir”.