Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur
Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək məqsədini güdür", - deyə məlumatda qeyd olunub.