Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivindən humanist addım - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi Ordubad rayonunda olub, internat məktəbində təhsil alan, valideyn himayəsindən məhrum şagirdləri müayinədən keçiriblər.
Tibbi aksiyada uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq və digər ixtisas həkimləri briqadası şagirdləri müayinə edərkən onların səhhətini diqqətlə yoxlayıb və lazımi məsləhətlər veriblər.
Xəstəxana kollektivi internat məktəbində yaşayan şagirdlərə kitablar, geyim dəstləri və digər hədiyyələr təqdim ediblər.