Qarabağdakı erməni işğalçılarının mövqeyi pisləşdikcə, onların kömək çağırışları bir o qədər yüksəlir. Ermənistan artıq qadınları, uşaqları, qocaları, keşişləri və hətta məhkumları cəbhəyə göndərib, lakin "top yemi" hələ də çatışmır - İrəvan artıq Azərbaycan Ordusunun qalibiyyətini dayandırmaq gücündə deyil.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təkcə Qarabağdakı separatçılar deyil, digər yerlərdə olanlar da kömək üçün diasporaya müraciətləri davam etdirirlər.
Üstəlik, yalnız maliyyə deyil. Onlara döyüşçülər və terrorçular lazımdır. Hazırda Qarabağda döyüşən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vahan Çaxalyan, Cavaxetiya ermənilərindən Qarabağa gəlmələrini və kömək etmələrini gözyaşları axıdaraq xahiş edir.
“Facebook” səhifəsində Çaxalyan gələcək silahlılara diversiya hazırlıq kursları keçmələrini tövsiyə edib, hətta əlaqə qurmalı olduqları telefon nömrəsini də paylaşıb.