Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində ermənilərin saxtakarlığını ifşa edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezidentin köməkçisi hesabında iki şəkil paylaşaraq bunları yazıb:
“Şəkil 1: Ermənistan tərəfindən Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni “Smerch” raketinin mühərrik hissəsi masaya düşərək yerə girib.
Şəkil 2: Uğursuz erməni saxtakarlığı. Onlar hörümçək torunu belə təmizləməyi unudublar”.