Rusiya vətəndaşları 1500 dollara Ermənistan tərəfindən muzdlu kimi döyüşməyə gedir - Rusiyalı jurnalist
Rusiya vətəndaşları bu və ya digər səbəbdən Dağlıq Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə gedir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev öz “Telegram” kanalında yazıb.
O, bu cür muzdlulardan birini şəxsən tanıdığını da deyib.
Jurnalistin sözlərinə görə, həmin şəxs erməniləri “ideya baxımından dəstəklədiyinə” görə onların tərəfindən döyüşməyə gedib. Bununla belə, o, öz xidmətləri üçün aylıq 1 500 dollar tələb edir.
Qeyd edək ki, daha əvvəl Ermənistan tərəfindən PKK, ASALA və digər terror təşkilatının silahlılarının döyüşməsi barədə məlumatlar yayılıb.