Misirin “Akhbarelyoum” və “Garbnews” informasiya portalları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları, dinc əhalini və mülki obyektləri hədəf alması barədə xəbərlər yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlı qüvvələri Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə raket hücumları edib. Müharibə cinayəti hesab edilən bu hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, həmçinin 97 çoxmənzilli bina, 2465 fərdi ev, 455 mülki obyekt dağıdılıb.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, hərbi attaşelər Gəncə, Bərdə və Tərtər şəhərlərinə səfər edərək Ermənistanın müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar.