Türkiyə mediası: Ermənistan cəbhədəki məğlubiyyətinin əvəzini dinc əhalidən çıxmağa çalışır - FOTOLAR

A- A A+

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı davam etdirdiyi hərbi təxribatlar səbəbindən iki ölkə arasında yaranmış gərgin vəziyyəti diqqət mərkəzində saxlayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədi boyunca, eləcə də münaqişə bölgəsindən xeyli aralıda yerləşən yaşayış məntəqələrini atəş altında saxlamasına dair məlumatlar davamlı olaraq dünya və Türkiyə ictimaiyyətinə çatdırılır. Bildirilir ki, Ermənistan cəbhədəki məğlubiyyətinin əvəzini dinc əhalidən çıxmağa çalışır. Təcavüzkar dövlətin rəhbərliyi yaranmış vəziyyətin gerçək simasını dəyərləndirə bilmir. İşğalçı ölkədə sosial böhran son həddə çatır. Hakimiyyət isə həqiqəti xalqa deməkdən qorxur, xaricdən imdad diləməkdə davam edir.

Məlumatlarda müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı yağı düşməndən azad etmək üçün haqq mübarizəsinə dair məlumatlara da geniş yer verilir. Faktlarla təqdim olunur ki, texniki təchizat, döyüş qabiliyyəti və ruh yüksəkliyinə görə düşmən ordusundan qat-qat üstün olan Azərbaycan Silahlı Qüvvələri işğalçıları işğal edilmiş torpaqlardan qovur, təcavüzkara davamlı olaraq sarsıdıcı zərbələr vurur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: