“Müharibə bizim üçün gözlənilməz və böyük zərbə oldu” - Erməni tərəfi

A- A A+

Ermənistanın “İrates” qəzeti ölkəni ağır günlərin gözlədiyi barədə analitik məqalə dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, erməni nəşri iqtisadi böhranla bağlı həyəcan təbili çalıb. Qəzet yazıb ki, 2021-ci ildə İrəvanı ağır dönəm gözləyir:

“Dünən parlament 2021-ci il üçün büdcə layihəsinin müzakirələrinə başladı. Rəsmilər ölkənin bir nömrəli maliyyə və iqtisadi sənədindəki qeyri-müəyyənliyi hazırkı hərbi vəziyyətlə izah ediblər. Qeyd etmək lazımdır ki, bundan əvvəl başqa bir görünməz “düşmən” - koronavirus iqtisadiyyatımıza ağır zərbə vurmuşdu. İndi də müharibəyə görə iqtisadiyyatımıza daha bir zərbə gəldi. Bu səbəbdən rəsmi şəxslərin iddia etdiyi kimi 2021 Ermənistan üçün olduqca çətin bir il olacaq”.

Nəşr daha sonra baş nazirin müavini Mher Qriqoryandan sitat gətirib. Baş nazirin müavini deyib: "Şübhəsiz ki, qarşıdakı il iqtisadi cəhətdən gərginliyi ilə seçiləcək. Amma əminəm ki, bütün mümkün risklərin və problemlərin nəzərə alınacağı bir büdcəni formalaşdıra biləcəyik”.

“İrates”, həmçinin yazır ki, hazırkı mənfi siyasi proseslərin iqtisadi vəziyyətə təsirini bir kənara qoysaq, əvvəlki 2 ildə Ermənistanın büdcəsində hansısa "inqilabi" inkişaf nəzərə çarpmayıb. İndi isə büdcə virusun yaratdığı və oradan çıxılması mümkün olmayan bataqlığa düşüb:

“Budur, növbəti böyük və gözlənilməz zərbə gəldi - müharibə. Ermənistan iqtisadiyyatının bundan sonra bərpasına neçə ilin lazım olacağını söyləmək çox çətindir. Amma ən azı ayağa qaldırmaq üçün güclü “inyeksiyaya” ehtiyac olduğu aydındır. Bu gün ümid xarici borclaradır. Mher Qriqoryan dövlət borcunun indən belə də artacağını istisna etməyib. Baş nazirin müavini haqlıdır, gərgin əmək sayəsində irəliləyişlər əldə etmək mümkündür. Ancaq o, öz fikirlərinə əlavə etməyi unudub ki, bizim “Facebook”da deyil, real həyatda iqtisadiyyatı anlayan, bu sahəni dərindən bilən mütəxəssislərə ehtiyacımız var”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: