Naxçıvan nümayəndəliyinin rəhbəri İsveç Krallığının səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələr, rəsmi səfər proqramları, iqtisadi, mədəni əlaqələr, regional, hərbi vəziyyət, gələcək fəaliyyət istiqamətləri və digər maraq doğuran sahələr üzrə səmimi və geniş müzakirələr aparılıb.