İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.
Nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.