Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, danışıqlarda nəticə o zaman effektiv olar ki, qarşı tərəf də konstuktiv olsun: “Ermənistan öz əməlləri ilə digər ölkələri də müharibəyə təhrik etməyə çalışır. Bu, ATƏT-in Minsk qrupunun və digər vasitələrin səylərinə qarşı bir zərbədir”.
H.Hacıyev əlavə edib ki, Ermənsitan tərəfindən Azərbyacanın mülki əhalisinə atəşlər açılır: “Bunun üçün qadağan edilmiş ən güclü silahlardan istifadə edilir. Ermənilər tərəfindən hibrid müharibəyə keçmə barədə məlumatlar daxil olmaqdadır. Onlar assimmetrik müharibə, yəni terror vasitəsilə müharibənin aparılması üsulunu seçirlər. Bu, çox ölkələrdə tətbiq edilən təcrübədir. Adətən ölkələr müharibəni uduzduqda assimmetrik və hibrid müharibədən istifadə edirlər”.