Ağrı dağının Ermənistan tərəfə baxan hissəsində Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Ağrı rayon bələdiyyəsinin sədri Savcı Sayan öz "Twitter" hesabında məlumat verib.
"Ağrı bələdiyyəsi olaraq bunun üzərində işləyirik. Bu görüntünü Ağrı dağının Ermənistana baxan tərəfində görəcəksiniz. Ümid edirəm, bu cəbhədə Ermənistana "ruh yüksəkliyi" verər", - o yazıb.