NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müavini Tiqran Avinyan Qarabağda çox ağır yaralanıb.
Ermənistandakı fövqəladə vəziyyət rejiminin komendantı vəzifəsinin də həvalə olunduğu T.Avinyan baş nazir Paşinyanın "sağ əli"dir.
Eyni zamanda o, Dağlıq Qarabağa axışan "könüllülər" dəstələrinin formalaşdırılması ilə məşğuldur.
Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyanın kortejinin vurulması nəticəsində çox ağır yaralanmış T.Avinyanın durumu indi kritikdir.