Nazirlər Kabineti: Dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur
Nazirlər Kabineti 434 №li Qərara dair izah verib. Bildirilib ki, Nazirlər Kabinetinin qərarları qanunlara uyğunlaşdırılıb.
Nazirlər Kabinetindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, qərarlar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanının qəbul edilməsi ilə bağlı hazırlanıb.
“Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarına habelə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş təhsil müəssisələrinin nizamnamələrinə edilən dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında müvafiq dəyişikliklər edilib.