Bəxtiyar Əsgərov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyində olub. Səfir səlahiyyətlərini icra edən Müvəqqəti İşlər vəkili Aziz Rahman Faiqi ilə görüşüb, səfirlikdə açılan Matəm Kitabına Naxçıvan Muxtar Respublikası adından başsağlığı yazıb.

Qeyd edək ki, qardaş ölkənin paytaxtında, Kabil Universitetində törədilmiş xain terror aktı nəticəsində çox sayda professor-müəllim, tələbə, polis və əsgər həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: