Qondarma Dağlıq Qarabağ rejimi casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir çox məmuru işdən çıxarılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ermənilərə məxsus KİV yazır ki, səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar.
Qondarma rejimin işdən çıxarılan məmurlarının siyahısı belədir:
“Prezident”in köməkçisi” Rudik Martirosyan
“Baş Prokurorun müavinləri” Erik Verdiyan və Sasun Qabrielyan
“Dövlət Statistika Şurasının üzvü” Armen Soqomonyan
“Mərkəzi Seçki Komissiyasının üzvü” Yeqişe Soqomonyan
“Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini” Arkadi Soqomonyan,
“Şəhərsalma və arxitektura nazirinin müavini” David Avanesyan
“Təhsil və elm naziri” Erik Qriqoryan
“Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri” Qagik Ayrapetyan
“Prezidentin inzibati işlər üzrə köməkçisi” Artak Arstamyan
Həmçinin bildirilib ki, işdən çıxarılan vəzifəli şəxslər biabırçı davranışlarına görə qanun çərçivəsində digər sanksiyalarla da üzləşəcəklər.