Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

A- A A+

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: