Ermənistan hakimiyyəti ataları könüllü olaraq cəbhəyə getməyən yeni doğulmuş körpələrə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
NUHÇIXAN İnformasiya Agentliyi hraparak.am saytına istinadən xəbər verir ki, bu barədə erməni vəkili Robert Ayrapetyan bildirib. O vurğulayıb ki, Nikol Paşinyan faktiki olaraq yeni doğulmuş körpələri və analarını girov kimi saxlayır. "Sizin ümumiyyətlə beyniniz varmı?!"- deyə vəkil hiddətlənir və hakimiyyəti riyakarlıqda günahlandırır.