“Voltairenet” portalında “Nikol Paşinyan müxalifəti neytrallaşdırır” sərlövhəli yazı dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazıda 2018-ci ilin mayında Corc Soros fondunun dəstəyi ilə təşkil olunan dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədən istifadə edərək müxalifəti neytrallaşdırdığı bildirilir.
Qeyd olunur ki, o, bu məqsədlə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru (2018-2019) və müxalifətin lideri general Artur Vanetsyanın cəbhədə həbs olunması əmrini verib.
Vurğulanır ki, Corc Sorosun tərəfdarları onu xaricə casusluq etməkdə günahlandırırlar.