Misir portalı Azərbaycan Müdafiə Nazirliyinin son məlumatlarını yayıb

A- A A+

Misirin geniş oxucu kütləsinə malik olan “Gomhuriaonline” informasiya portalı Ordumuzun torpaqları işğaldan azad etməsi üzrə əməliyyatın gedişi haqqında Azərbaycan Müdafiə Nazirliyinin son məlumatlarını yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portalın xəbərində cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyətin, o cümlədən motoatıcı alayın komandiri polkovnik Qor İşxanyanın məhv edilməsi, Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankının sıradan çıxarılması barədə məlumatlar yer alıb.

Portalın xəbərində, həmçinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya üç tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumatın tamamilə yalan olması barədə Müdafiə Nazirliyinin bəyanatı yayılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: