ABŞ-da keçirilən prezident seçkilərində Cozef Bayden Ağ evin hazırkı rəhbəri Donald Trampı 50 seçici səsi ilə üstələyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Fox News” telekanalının son məlumatına görə, Bayden 264, Tramp isə 214 səsə malikdir.
Əgər Corciya ştatında respublikaçılar uduzarsa, Donald Trampın seçki qərargahı səslərin yenidən sayılmasını tələb edəcək. Həmin ştatda bülletenlərin 98 faizi hesablanıb. Tramp seçicilərin 49,7 faizinin, Bayden 49,1 faizinin səsini toplayıb. Respublikaçılar burada əvvəlcə daha çox üstünlüyə malik idi.
Corciya ştatında qalibiyyət namizədin prezident seçilməsi üçün zəruri olan 270 seçici səsindən 16-nı qazandıracaq.