Nikol Paşinyanın dar düşüncəli olduğunu bilirdim, amma bu qədər dar düşüncəli olduğunu, sonuncu çirkin əməllərə, vasitələrə müraciət etməyə hazır olduğunu gözləmirdim.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Çiçəklənən Ermənistan" fraksiyasından olan millət vəkili Qevorq Petroosyan deyib.
Millət vəkili ona olan hücumları gizlətməyib və bunun Nikol Paşinyan tərəfindən edildiyini də qabardıb.
“Bədbəxt Nikol, quldurlarınla çəkin, sənin işin-gücün yoxdur, mənimlə çirkin oyunlar oynama, sırf siyasi tənqid məni qane edir, bu bir deputatın haqqıdır. Anlayıram ki, minlərlə uşağın öldüyünü anlamaq çətindir, amma sən məni günahlandırmağa çalışırsan utanmadan. Şəhər sakinlərini sən çağırmadınmı? Onlara, cəbhəyə gedərkən özünüzlə gülləkeçirməz zireh və digər əşyalar götürün demədinmi? Dağlarda yağış altında daldalanacaqsız qalan ac polislərin etiraz videosunu görmədinizmi? Ancaq sən nə qədər acizmişsən. Ölkədən kənarda sizə zərrə qədər hörmət olsaydı belə, bu qədər ailənin işıqları sönməzdi, bu qədər ailə yasa batmazdı. Günahsız qurbanların valideynlərinin intiqamı ilə necə qarşılaşacağınızı düşünün. Paşinyan, hamı sənə gülür və lağa qoyur, sən də vərdişinə görə ölkə daxilində özünü görməməzliyə, qanmazlığa vurmusan. Sən baş yeyən, insanları qırğına sürükləyənsən. Sizə deməyi yaxşı ki, unutmadım, maskanızı tərs istiqamətində taxın”,- deyə Qevorq Petroosyan bildirib.