ABŞ-ın “VICE News” kanalının jurnalisti raket hücumlarına məruz qalan azərbaycanlı mülki şəxslərin qorxmazlığından yazır - FOTOLAR

A- A A+

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir ABŞ-ın “VICE News” kanalının jurnalisti Hind Hassanın “Instagram” səhifəsindəki paylaşımında yer alıb.

Jurnalist insanların hətta öz övladlarını dəfn etdikləri zaman belə hərbi əməliyyatların dayandırılmasını istəmədiklərinin şahidi olduqlarını yazır. O qeyd edir ki, insanlar 27 ildir aparılan diplomatik danışıqların nəticəsiz qaldığını, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdan və onu əhatə edən rayonlardan didərgin düşmüş 700 mindən çox azərbaycanlının öz ata-baba yurdlarına geri qayıtmalı olduqlarını bildirirlər.

Jurnalist Ermənistanın Gəncəyə raket hücumu zamanı həlak olmuş 10 aylıq Narının atası Timur Xaliqovun körpəsinin paltarını əlində saxladığı fotonu paylaşıb.

Həmçinin o, Gəncə ilə yanaşı, Tərtər şəhərinə də raket zərbələri nəticəsində dağılmış evlərin, qətlə yetirilmiş insanların yaxınlarının şəkillərini paylaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: