Misir KİV-ləri: Azərbaycan yeni əraziləri işğaldan azad edib

A- A A+

Misirin “Almasralyoum”, “Alwasela”, “Aldiplomasy”, “Nİle1” və “Garbnews” informasiya portalları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün “Twitter” hesabında şanlı Ordumuzun daha 7 kəndi işğaldan azad etməsi ilə bağlı paylaşımına dair informasiyalar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın dövlət başçısı müzəffər Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etdiyini bəyan edib.

İnformasiya portallarında yayılan xəbərlərdə qeyd edilib ki, beynəlxalq təşkilatların müraciətləri və humanitar atəşkəs razılaşmalarına rəğmən, Ermənistan silahlı qüvvələri şəhər və kəndlərə, dinc əhaliyə və mülki obyektlərə raket hücumlarını davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: