Gürcüstanın “report.ge”, “interpressnews.ge”, “24news.ge” və “newsday.ge” informasiya portalları Ermənistan tərəfinin Azərbaycanın dövlət sərhədində, eləcə də döyüş bölgəsindən xeyli aralıda olan rayonlarını atəşə tutmasından yazır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatlarda deyilir: “Ermənilər noyabrın 4-də və 5-də gecə saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədini atəşə tutub. Eyni zamanda, ermənilər Ermənistanın Berd, Çəmbərək, Vardenis rayonlarındakı mövqelərdən Azərbaycan Ordusunun Tovuz, Gədəbəy və Daşkəsən və digər rayonların ərazilərində yerləşən mövqelərini atəşə tutub”.
Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan məlumatlarda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və Azərbaycan rayonlarının atəşə tutulması barədə xəbər verilir.
KİV-lər müzəffər Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyi, düşmənin xeyli sayda canlı qüvvə və hərbi texnika itkisi verərək geri çəkilməsi barədə də oxuculara materiallar təqdim edirlər.