Ermənistanın baş naziri Nikol Paşinyan MDB hökumət başçılarının iclasında iştirak etməyəcək. NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Ermənistan mediasına istinadən xəbər verir.
Bildirilir ki, onu müavini Mqer Qriqoryan əvəzləyəcək.
Qeyd edək ki, iclasda Rusiya Baş Naziri Mixail Mişustin, Azərbaycan Baş naziri Əli Əsədov, Belarus Baş Naziri Roman Qolovçenko, Qazaxıstan Baş Naziri Askar Mamin, Moldovanın Baş Naziri İon Çicu, Tacikistan Baş naziri Kohir Rəsulzoda, Türkmənistan xarici işlər naziri Rəşid Meredov və Özbəkistanın Baş naziri Abdulla Aripov iştirak edəcək.