Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyanın məhv edildiyi xəbəri yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.
Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.
3 noyabrda “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, general-leytenant Kamo Aqacanyan döyüş mövqelərini gəzərək N.Mirzoyana general-mayor rütbəsini vermişdi.