Ukrayna mətbuatı Prezident İlham Əliyevin İspaniyanın EFE agentliyinə müsahibəsində söylədiyi fikirlərinə geniş yer ayırıb - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Ukrayna mətbuatında geniş işıqladırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukraynanın nüfuzlu “RBK-Ukrayna”, “Segodnya” portallarında Prezident İlham Əliyevin Ermənistanın müharibəni dayandırmaqda maraqlı olmadığını bildirdiyi qeyd olunub.
Məqalələrdə dövlətimizin başçısına istinadla yazılıb: “Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq”.
Eyni zamanda, vurğulanır ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, danışıqlar tamamilə dayanacaq, danışılası bir şey qalmayacaq.