“Spiegel” jurnalında dərc olunan qeyri-obyektiv məqaləyə cavab verilib

A- A A+

Alman türkoloq Mixael Raynhard Hesin “Spiegel” jurnalında ölkəmizlə bağlı dərc olunan qərəzli və qeyri-obyektiv məqalə ilə bağlı sözügedən nəşrin redaksiyasına ünvanladığı etiraz məktubunun xülasəsi dərc edilib (https://nex24.news/2020/11/turkologe-dr-hess-bezeichnet-den-spiegel-als-auflagengeil/).

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə “Spiegel” jurnalı tərəfindən Dağlıq Qarabağın anklav adlandırılmasının yanlış olduğu hüquqi cəhətdən izah edilir. Eyni zamanda, “Spiegel” jurnalının iddiasına cavab olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini “rakurs”da təqdim olunmasına etiraz bildirilir. Müəllif, həmçinin Dağlıq Qarabağın tarixinə toxunaraq Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli iclasında həmin bölgənin Azərbaycan SSR hüdudlarında saxlanmasına dair qərar qəbul edilməsi faktına diqqəti çəkir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: