Ermənilər Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunu atəşə tutublar - VİDEO
Noyabrın 6-dan 7-nə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasına silahlı hücum olub.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə fəxri konsul Əfqan Salmanov məlumat verib.
Onun sözlərinə görə, gecə 02:30 radələrində Fəxri konsulluğumuzun Yaroslav Mudrov 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr pəncərə və qapıya dəyib.
Ə.Salmanov bildirib ki, həmin vaxt ofisdə heç kim olmadığından xəsarət alan olmayıb. Onun sözlərinə görə, atəşin kimlər tərəfindən açılması araşdırılır.
Hadisənin iki gənc şəxs tərəfindən törədildiyi videokameranın müşahidəsinə düşüb. Faktla bağlı cinayət işi açılıb, polis araşdırma aparır.
Qeyd edək ki, Xarkov şəhəri ermənilərin daha çox sıx yaşadığı şəhər kimi tanınır. İlkin ehtimala görə, hadisəni törədənlər erməni əsilli şəxslərdir.