Erməni hakerlər hərbçilərimizin ad-soyadlarını toplayıb daha sonra isə həmin hərbçiləri sosial şəbəkələrdən axtarıb tapıb şəkilləri ilə birlikdə saxta şəhid siyahıları düzəltmək üçün yeni üsula əl atıblar.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
"Hərbçilərimizin siyahısını toplamaq istəyən və bundan hansısa saxta xəbərlər və siyahılar hazırlamağı planlaşdıran erməni hakerlər tərəfindən vətəndaşlarımıza saxta sms-lər göndərərək onlardan hərbidə olanların adlarını daxil etmək və həmin adamların şəhid olub-olmamasını yoxlamaq təklif edilir. Beləliklə müharibədə məğlub olan düşmən, hərbçilərimiz haqqında məlumatların-siyahıların toplanmasının yeni növünə start verib. Bütün vətəndaşlarımızdan belə sms-lərə, xəbərlərə, keçidlərə qarşı diqqətli olmağı, oxşar hallarla rastlaşdığınız zaman bu barədə bizə məlumat verməyinizi xahiş edirik", - deyə qurum bəyan edib.