İsrailli ekspert: Ermənistanın indiki rəhbərliyinin qatı antisemitizmində hədsiz qisas, isteriya, nifrət və faşizm əlamətləri hiss olunur

A- A A+

Vladimir Poqosyan ad-soyadlı yüksək vəzifəli erməni məmur sosial şəbəkədəki postunda Dağlıq Qarabağda Ermənistanın təhrikçiliyinə cavab olaraq əks-hücum əməliyyatları aparan Azərbaycan Ordusuna İsraildən silah göndərilməsinin əleyhinə olduğunu bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər İsrailin populyar “YNET” informasiya-analitik saytında öz əksini tapıb.

Vladimir Poqosyan yazır: “Biz Azərbaycan Ordusunu quranları bağışlamayacağıq”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu bəyanatı şərh edərək bildirib ki, İsrail ilə Azərbaycan arasında səmimi münasibətlər Ermənistanı qıcıqlandırmaya, onda kin-küdurət, hətta nifrət hissi oyatmaya bilməz.

Arye Qut deyib: “Ən dəhşətlisi odur ki, bu nifrət hissini bildirən erməni cəmiyyətindəki marginal qüvvələrin təmsilçisi deyil, cəmi bir neçə ay bundan əvvəl İsrail ilə yaxşı münasibətlər qurmağı “arzu edən” erməni elitasının nümayəndəsidir. Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərində olan yəhudi dövlətinə məhz bu cür münasibətə görə belə nifrət bəsləyən ölkə İsrail ilə dostluq münasibətləri qura bilərmi? Ermənistanın tənqidi çıxışları barədə onu deyərdim ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir, siyasi-diplomatik və hərbi-texniki sahələrdə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edir və heç kəsin bu münasibətlərə müdaxilə etməyə haqqı yoxdur”.

Ekspert onu da qeyd edib ki, antisemitizm və faşizmin dövlət ideologiyası olduğu, postsovet məkanında antisemitizm faktlarına görə birinci yeri tutan ölkədə İsrail Dövlətinin ünvanına təhqiramiz çağırışlar həmin ölkənin milli siyasətinin tərkib hissəsi sayıla bilər.

Arye Qutun sözlərinə görə, tarix və yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə faşist Qaregin Njdenin də fəal iştirakı ilə yaradılmış 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq. Arye Qut yazır: “Arxiv sənədləri ilə təsdiqlənmiş tarixi faktlar var. General Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman ordusu üçün “yararsız olan” başqa xalqları məhv etmək idi. Məhz erməni legionunun “sayəsində” Simferopol, Yevpatoriya, Aluşta, Kerç, Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə “təmizlənmişdi”. Məgər bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşist və antisemitin milli qəhrəman dərəcəsinə qaldırılmasına laqeyd baxa bilərikmi? Bütün bunlardan sonra ermənilər bizə – israillilərə vicdanlı, mənəviyyatlı və ədalətli olmağı öyrətmək istəyirlər”.

Arye Qut vurğulayır: “Ermənistanın hərbi və siyasi rəhbərliyi güman edirdi ki, budəfəki müharibə də əvvəlki münaqişələr kimi davam edəcək. Lakin rəsmi Bakı bu dəfə yeni taktikadan, yeni strategiyadan, innovasiyalı silahlardan və texnologiyalardan - İsrail istehsalı olan müasir raketlərdən, radarlardan və radioelektron mübarizə avadanlığından, kompüter və rabitə sistemlərindən, informasiya sistemləri, kibernetik texnologiya və dronlardan istifadə edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda budəfəki müharibə əyani şəkildə göstərir ki, Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclü və müasirdir, yaxşı təchiz olunub, hərbi intizam, döyüş hazırlığı yüksək səviyyədədir. Bir məqamı da unutmayaq ki, müasir müharibədə uğurlu hərbi əməliyyatları təmin edən daha mükəmməl texnoloji vasitələrə malik olan tərəf qalib gəlir”.

Qutun fikrincə, Xocalı soyqırımını inkar edən Ermənistanın baş nazirinin “soyqırımı” sözünü işlətməyə mənəvi haqqı yoxdur. Qut vurğulayır: “Ermənistanın baş nazirinə xatırlatmaq istəyirəm ki, 1992-ci ilin fevralında məhz onun ölkəsi Xocalı şəhərində dəhşətli soyqırımı aktı törədib, bu şəhərin dinc azərbaycanlı əhalisini məhv edib. Həmin müharibə dövründə ən qəddar və qanlı etnik təmizləmə aktlarından birində Ermənistan silahlı qüvvələri 613 nəfər azərbaycanlını, o cümlədən 106 qadını, 83 uşağı və 70 ahıl şəxsi vəhşicəsinə qətlə yetirib, aralarında qocalar, uşaqlar və qadınlar olan 1275 dinc sakin oğurlanıb, əsir götürülüb, misli görünməmiş işgəncələrə, təhqirlərə və alçaldılmağa məruz qalıb. Xocalının bu dinc sakinlərinin yeganə “təqsiri” onların azərbaycanlı olması idi.

Bütün bunlardan sonra Ermənistan kimi kriminal bir ölkənin siyasi elitası İsrail Dövlətinə və yəhudi xalqına əxlaq, mənəviyyat dərsi keçmək istəyir. Bu uğursuz dövlət İsrailə və Azərbaycana, Benyamin Netanyahuya və İlham Əliyevə geosiyasət dərsi keçmək, bu liderlərin kiminlə əməkdaşlıq etməli və kiminlə etməməli olduqlarını öyrətmək istəyir. Geosiyasətdən başı çıxmayan bədbəxt və tamamilə bisavad “siyasətçi” Paşinyan nə vaxtdan İsrailin xarici siyasətində iştirak edir?”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: