Ukrayna XİN: Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasının atəşə tutulmasını qətiyyətlə pisləyirik

A- A A+

Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Hüquq-mühafizə orqanları artıq zəruri istintaq hərəkətlərinə başlayıblar. Təqsirkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar.

Xatırladaq ki, noyabrın 6-dan 7-sinə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına silahlı hücum edilib. Gecə saat 02.30 radələrində Fəxri Konsulluğun Yaroslav Mudrı küçəsi, 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr binanın pəncərəsinə və qapısına dəyib. Videokameraya düşmüş kadrlardan görünür ki, hadisə iki gənc tərəfindən törədilib. Fakt üzrə cinayət işi qaldırılıb, polis təhqiqat aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: