“Ermənilər Şuşa uğrunda döyüşlərdə məğlub olaraq Xankəndi istiqamətində geri çəkiliblər”. Bu barədə Fransanın “Le Monde” qəzeti reportaj yayımlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə hazırda Qarabağda olan Fransanın “Le Monde” qəzetinin əməkdaşı Remy Ourdan “Şuşa döyüşü: Qarabağ konfliktinin açarı” sərlövhəli məqaləsində bəhs edib. Müəllif vurğulayıb ki, noyabrın 6-dan 7-nə keçən gecədən etibarən erməni hərbi birləşmələri Şuşa uğrunda döyüşlərdə məğlub olaraq Xankəndi istiqamətində geri çəkiliblər.

Məqalədə qeyd olunur ki, Azərbaycan qüvvələri bir neçə gün əvvəl tarixi şəhərə çatıb. Bu, sentyabrın 27-də Bakının başlatdığı əks-hücumun əsas hədəfidir. Azərbaycan ordusu Şuşa ətrafında gərgin döyüşləri öz üstünlüyünə çevirə bilib. Şuşanın müdafiəçiləri darmadağın olunur. Hərbi təcili yardım maşınlarının arxasında bir-birinin üstünə sıxışan onlarla yaralı, qanlı, bitkin erməni əsgəri  Xankəndi xəstəxanasına gətirilirlər. Digərləri mübarizəni necə davam etdirəcəklərini bilmədən dağlarda mövqe tutmağa çalışırlar. Azərbaycan ordusunun artilleriya və snayper atəşi altında olan  mövqelər təcili olaraq erməni  bölmələri tərəfindən tərk edilir. Bu, daha çox ermənilərin Şuşadan və Xankəndidən ayrılma gününə bənzəyir. Erməni rəsmiləri  mövcud reallığı təkzib etsə belə, Şuşa uğrunda mübarizə 6 noyabr cümə günü axşam Azərbaycan qüvvələrinin xeyrinə dəyişdi.

Müəllif daha sonra qeyd edir ki, Azərbaycan ordusu hazırda  əsas  və strateji ətraf yollara nəzarət edir. Xankəndi və Şuşanı Laçın dəhlizi vasitəsi ilə Ermənistanla birləşdirən əsas yol hücumlardan sonra 4 noyabrda bağlandı.

Qeyd edək ki, Remy Ourdanın “Şuşa döyüşü: Qarabağ konfliktinin açarı” sərlövhəli məqaləsi Fransa ilə yanaşı, İngiltərənin https://newscbs.com/ saytında və Avropanın digər nüfuzlu qəzet və saytlarında da dərc edilib.

“Le Monde” qəzetinin və Fransanın Ermənistana rəğbətini nəzərə alsaq, müəllifin bu məqaləsi Azərbaycan ordusunun cəbhədə böyük uğurlar əldə etdiyini və müvəffəqiyyətlə irəlilədiyini əminliklə söyləyə bilərik.

Müəllif öz reportajına döyüş bölgəsindən fotoşəkillər də əlavə edib. Fotolardan da görünür ki, erməni əsgərləri ordumuzun davamlı zərbələri nəticəsində çıxılmaz duruma düşüblər və tibbi avtomobillər müntəzəm olaraq yaralı və ölü əsgərləri Xankəndinə daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: