Türkiyə və Rusiya Xarici İşlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı telefon danışığı olub
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb. Bildirilir ki, nazirlər Dağlıq Qarabağ problemi ətrafında müzakirə aparıblar.