Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti Türkiyənin aparıcı televiziya kanalları vasitəsilə canlı yayımlanıb
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qədim mədəniyyət simvolumuz olan Şuşa şəhərinin erməni işğalından azad olunması barədə xalqımıza müraciəti Türkiyənin aparıcı telekanalları tərəfindən canlı yayımla təqdim olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısının tarixi müraciətində yer alan mühüm məqamlar sürətlə Türkiyə kütləvi informasiya vasitələrinin manşet materialına çevrilib. Aparıcı telekanallar tanınmış ekspertlərlə Ali Baş Komandanın müraciətindəki mühüm mesajlar ətrafında şərhlər veriblər. Azərbaycandakı zəfər coşqusu Türkiyə KİV-lərində bayram ovqatlı xəbər olaraq təqdim olunur.
Prezident İlham Əliyevin qətiyyəti, Xalq-Prezident birliyi, müzəffər Ordumuzun döyüş şücaəti bütün Türkiyədə dillər əzbəri olan ifadələr kimi hamımızı qürurlandırır.