Ərəb telekanalları Şuşanın işğaldan azad edilməsini flaş xəbər kimi verib

A- A A+

Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəb telekanallarında flaş xəbər kimi verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Al-Hadath”, “Aljazeera” və “Əl-Ərəbiyyə” televiziya kanallarının canlı yayımında ABŞ-da seçkilərin nəticələrinə dair reportajlar kəsilərək Şuşanın işğaldan azad edilməsi barədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciəti yayımlanıb.

“Arabnews”, “Saudigazette”, “Gulf Times” və digər qəzetlər də Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini yayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: