“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Kocaeli vilayətində keçirilən konqresdəki çıxışında belə bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, 30 ildir, ATƏT-in Minsk qrupu tərəfindən aldadılan Azərbaycan Ordusu öz gücü ilə nəhayət bu qələbəyə nail olub: “Azərbaycanlı qardaşlarım adətən danışıqlar masasında səbir etdi və qələbəyə nail oldu. Türkiyə hər zaman qeyd-şərtsiz azərbaycanlı qardaşlarının yanında oldu. Ermənistanın hücumlarının başlatdığı münaqişənin ardından addım-addım torpaqlarını işğaldan qurtaran Azərbaycan Qarabağı müstəqilliyinə qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Bir daha qardaşım İlham Əliyev başda olmaq üzrə bütün Azərbaycan xalqını şəxsim, ailəm, millətim adına təbrik edirəm”.