Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
“Tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir”, - deyə məlumatda qeyd olunub.